Naxçıvan, 19 iyun, AZƏRTAC.

İyunun 11-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan qadın vəfat edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, yanğın baş verən gün qadının azyaşlı övladı, 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov həyatını itirib.

Müxbir – Nail Əsgərov.