Bakı, 23 iyun, AZƏRTAC.

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 133-cü maddəsinin Konstitusiyanın maddələrinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 17-nə təyin olunmuş iclasında baxılacaq.