Bakı, 19 iyun, AZƏRTAC.
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;.
2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;.
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;.
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;.
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

