Şəmkir, 19 iyun, AZƏRTAC.

Ötən il rayonda 880,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib və bu göstərici ölkə üzrə ümumi aqrar istehsalın mühüm hissəsini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

“Şəmkir kartofçuluq, taxılçılıq, meyvəçilik, üzümçülük və istixana təsərrüfatı üzrə ölkənin aparıcı rayonlarından biridir. Rayonda 6 min hektardan çox meyvə və giləmeyvə bağı fəaliyyət göstərir, istixana sahələri genişlənir və istehsal olunan məhsullar daxili bazarla yanaşı xarici bazarlara da ixrac olunur. Dövlət Proqramının hədəflərinə uyğun olaraq rayonda müasir soyuducu anbarların qurulması, aqrar emal müəssisələrinin yaradılması, yeni nəsil istixanaların inkişafı və məhsulların brendləşdirilməsi istiqamətində fəaliyyət gücləndiriləcək”, – deyə icra başçısı vurğulayıb.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-Tofiq Babayev.